Bakıda "Niva"dan ov tüfəngi tapılıb

Bakıda "Niva"dan ov tüfəngi tapılıb
# 02 may 2017 10:16 (UTC +04:00)

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əldə edilən məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xəzər rayonu ərazisində Bakı şəhər sakini Elmar Salmanovun idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı oradan müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR