ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağa çağırıb

ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağa çağırıb
# 02 mart 2016 19:44 (UTC +04:00)

Bakı-APA. ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağı çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bildirib.

“Biz Türkiyənin PKK və terror aktları ilə əlaqədar narahatlığını anlayırıq, lakin biz Türkiyəni Suriya sərhədində atəşi dayandırmağa çağırmışıq”, - deyə Tefft bildirib.

Səfir qeyd edib ki, ABŞ Suriyadakı YPG kürd silahlı dəstələrinə də Hələb şəhərində və onun ətrafında əməliyyatları dayandırmağa çağırıb.

“Bizim məqsədimiz gərginliyi aradan qaldırmaqdır, biz hərbi əməliyyatlara son qoyulmasını istəyirik”, - deyə səfir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR