Prokuror qətl törədən şəxslərə 20 il həbs cəzası istəyib

Prokuror qətl törədən şəxslərə 20 il həbs cəzası istəyib
# 12 oktyabr 2016 13:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən - Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin tam sübuta yetirildiyini deyib.

O, V. Mirzəyev, V. Qədiyev və N. İsmayılovun hər birinə 20 il həbs cəzası istəyib.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olduğu müəyyən edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılov Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yemək yeyəndən sonra onların arasında mübahisə yaranıb və həmin şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada qətlə yetiriblər.

Cinayətin Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov tərəfindən törədilməsində şübhələr yarandığından onlar saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR