Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evinə silahlı basqın olub. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, 1979-cu il təvəllüdlü İbad Muxtarov Qobustan qəsəbə sakini Mürsəl Hüseynovun yaşadığı evə gələrək tüfənglə onu hədələyib, pul verməsini tələb edib. İstəyinə nail ola bilməyən İ. Muxtarov hadisə yerini tərk edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Muxtarov Qazax rayonu ərazisindən Gürcüstana keçmək istəyərkən saxlanılıb.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.