Xalq artisti Mədinə Əliyeva Minskdə tamaşa hazırlayacaq

Xalq artisti Mədinə Əliyeva Minskdə tamaşa hazırlayacaq
# 26 yanvar 2016 14:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri, xalq artisti Mədinə Əliyeva Minskdə tamaşa hazırlayacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Belarus Musiqili Teatrının dəvəti əsasında M. Əliyeva Q.Şaydulovanın “Kleopatra” baletinə quruluş verəcək.

Teatrdan əlavə ediblər ki, M. Əliyeva 2010-cu ildə Belarus Musiqili Teatrında səhnəyə qoyulan Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasında rəqslərə quruluş verib, 2013-cü ildə isə F.Əmirovun “Min bir gecə” baletinin quruluşunu həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR