AMB: Yuana investisiyanı bir daha nəzərdən keçirə bilərik

AMB: Yuana investisiyanı bir daha nəzərdən keçirə bilərik
# 26 sentyabr 2016 17:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına investisiya yatırmağı yenidən nəzərdən keçirə bilər.

 

APA-Economics” bunu xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, dünya bazarlarında gedən proseslər valyuta ehtiyatlarının idarə olunmasına daha diqqətlə yanaşmağı tələb edir: “Biz Çinin maliyyə bazarına investisiya yatırmağa çalışırdıq. Bu istiqamətdə müəyyən işlər də görmüşdük. Hətta Çinin Mərkəzi Bankı ilə sənədləri imzalamaq mərhələsinə gəlib çatmışdıq. Lakin dünya bazarlarında gedən bu proseslər valyuta ehtiyatlarının diversifikasiyasına daha diqqətlə yanaşmağı tələb edir. Bu planı hələlik təxirə salmışıq.  Amma daha əlverişli şəraitdə biz Çin bazarına qayıdacağıq”.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı  Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırmışdı. AMB bununla bağlı Çin Mərkəzi Bankından iki razılıq almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR