Ermənistanda kənd muxtarına sui-qəsd olub

Ermənistanda kənd muxtarına sui-qəsd olub
# 04 may 2017 09:24 (UTC +04:00)

Ermənistanın Ararat rayonunda silahlı insident olub, bir nəfər yaralanıb.

 

APA-nın "Shamshyan.com"a istinadən verdiyi məlumata görə, Ermənistan Polisin mətbuat xidmətindən bildirilib ki, mayın 3-də yerli vaxtla saat 19.10-da Artaşat tibb mərkəzinə odlu silahdan açılmış atəş nəticəsində yaralanmış K. Ç. adlı şəxs gətirilib.

 

Xəstəxanaya gedən əməliyyatçılar müəyyən ediblər ki, Verin Artaşat-Artaşat yolunda naməlum şəxs avtomobillə K. Ç.-nın idarə etdiyi avtomobilin qarşısını kəsərək atəş açıb.

 

Atəşə tutulan avtomobildə Noraşen kəndinin muxtarı olub. Atəş nəticəsində onun sürücüsü K. Ç. yaralanıb.

 

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR