Masallıda ev yanıb

Masallıda ev yanıb
# 08 avqust 2016 19:10 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda güclü yanğın baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, yanğın avqustun 8-də axşam saatlarında rayonun Qızılavar kənd sakini Xankişi Rüstəm oğlu Babayevə məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyi ilə yanğının əhatə dairəsinin genişlənməsinin və güclü alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 250 kv.m. olan ev içindəki əşyalarla birlikdə və dam örtüyü tamam yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR