İndoneziya Qətərdən 790 milyon dollara “Mirage” qırıcı təyyarələri almaqdan imtina edir

İndoneziya Qətərdən 790 milyon dollara “Mirage” qırıcı təyyarələri almaqdan imtina edir
# 11 fevral 2024 09:46 (UTC +04:00)

İndoneziya büdcə məhdudiyyətləri və hakimiyyət orqanlarının mövcud təyyarələri modernləşdirmək niyyəti səbəbindən Qətərdən 790 milyon dollara 12 Mirage 2000-5 döyüş təyyarəsi almaq planlarından imtina edib.

APA xəbər verir ki, bu barədə İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

"Mirage qırıcılarının satın alınması olmayacaq" nümayəndənin sözlərini Reuters belə çatdırıb. Onun sözlərinə görə, planlar ləğv edildi və bu o deməkdir ki, müqavilə etibarlı deyil.

Qeyd edək ki, Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR