Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq
# 08 may 2017 10:21 (UTC +04:00)

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Bəzi yerlərdə zəif duman olacaq.

 

Arabir güclənən cənub-qərb küləyi  axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 14-17° isti, gündüz 26-31° isti, Bakıda gecə  15-17° isti, gündüz  28-30° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan 756  mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

 

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 12-17° isti, gündüz  27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR