Bank Of Baku

Koreya Respublikasının prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Koreya Respublikasının prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
# 19 aprel 2018 16:05 (UTC +04:00)

Koreya Respublikasının prezidenti Mun Ce-in İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından ürəkdən təbrik edirəm. Yüksək səviyyəli liderliyinizin Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəyinə inanıram. 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan sonra müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Ümid edirik ki, qarşılıqlı faydalı və işgüzar əməkdaşlığımızı Zati-alinizlə birlikdə gələcəkdə də genişləndirəcəyik. Sizə cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə isə davamlı inkişaf arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR