İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşmaya yaxındır

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşmaya yaxındır
# 15 dekabr 2021 11:29 (UTC +04:00)

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında ixtilaflar azalıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, İran Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi arasında müzakirələr aparılıb və ikitərəfli məsələlər ətrafında ixtilafların azaldığı qeyd olunub.

"Detalları demək istəmirəm, lakin hər iki tərəf tezliklə razılığa gələcək", - deyə S. Xətibzadə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR