Bu ildən 600 və daha çox bal toplayanlar haqda məlumatlar ayrıca jurnalda çap edilməyəcək

Bu ildən 600 və daha çox bal toplayanlar haqda məlumatlar ayrıca jurnalda çap edilməyəcək
# 24 avqust 2016 13:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ilində 600 və daha çox bal toplayan gənclərlə bağlı yeni addım atıb.

TQDK-dan APA-ya verilən məlumata görə Dövlət Komissiyası artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir və bu barədə məlumatları “Abituriyent” jurnalının 11-ci nömrəsində çap edir.

Məlumata görə, bu ildən etibarən məlumatlar ayrıca jurnalda çap edilməyəcək: “600 və daha yüksək bal toplayan gənclərə abiturient.az saytında ayrıca bölmə həsr ediləcək və bu məlumatlar ictimaiyyət üçün daha da əlçatan olacaq. 2016-2017-ci tədris ilində 600 və daha yüksək bal toplayan gənclər iş nömrəsi və şifrdən istifadə etməklə http://abiturient.az/600bal/ keçidində təqdim olunan anket-sorğu formasını doldura bilərlər. Forma (bütün bəndlər) yalnız bir dəfə doldurulmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR