"Nida" üzvünün məhkəməsi başlayıb

"Nida" üzvünün məhkəməsi başlayıb
# 04 noyabr 2016 08:43 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Vəkil Elçin Sadıqov vəsatət qaldıraraq cinayət işinə xitam verilməsi və ya həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı noyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl onun həbs müddəti 2 ay uzadılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR