ADA universitetində "2017 Topçubaşov Məhkəmə" müsabiqəsinin final mərhələsi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən hüquq şirkətlərinin nümayəndələri müsabiqənin ölkə ərazisində hüquq təhsilinin, hüquq mühitinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını söyləyiblər.
Sonra müsabiqə qaliblərini müəyyən etmək üçün hər iştirakçıya simulasiya məhkəmə prosesində çıxış etmək imkanı yaradılıb.
Qeyd edək ki, müsabiqə ABŞ səfirliyinin media dəstəyi ilə keçirilib. “Topçubaşov məhkəmə” müsabiqəsi Azərbaycanda milli hüquq və hüquqi arqumentasiyaya əsaslanan, eləcə də, beynəlxalq məhkəmə müsabiqələri ənənələri əsasında qurulan ilk məhkəmə müsabiqəsidir. Müsabiqə dörd mərhələdən ibarət olmaqla, ölkədə hüquqşünaslıq ixtisası üzrə bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr arasında keçirilir.