Pol Poqba “Mançester Yunayted” ilə 5 il müddətinə müqavilə bağlayıb - RƏSMİ

Pol Poqba “Mançester Yunayted” ilə 5 il müddətinə müqavilə bağlayıb - <span style="color: red;">RƏSMİ
# 09 avqust 2016 02:05 (UTC +04:00)

Bakı – APA. Məşhur fransalı futbolçu Pol Poqbanın “Mançester Yunayted” klubuna keçidi rəsmiləşib.

APA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 5 illik müqavilə imzalayıb.

Tərəflər arasındakı müqavilənin detalları haqqında məlumat verilmir.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan P. Poqba 2012-ci ildə “Yuventus”a azad agent kimi keçmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR