® Unibank Mobile ən çox istifadəçisi olan mobil əlavədir

<font color=red>® </font> Unibank Mobile ən çox istifadəçisi olan mobil əlavədir
# 17 oktyabr 2016 13:15 (UTC +04:00)

Ölkə banklarının mobil əlavələrinin istifadəçi sayının müqayisəsi göstərir ki, ən çox yüklənən mobil əlavə Unibank Mobile-dır. Unibank Mobile istifadəçilərinin sayı artıq 23 mini keçib. Unibank Mobile-ın ödənişlər və köçürmələr xidmətlərindən daha çox istifadə olunub. İstifadəçilər siyahısında Android platforması üzrə yükləmələr çoxluq təşkil edir.

Banka gəlmədən, istənilən vaxt və istənilən yerdə bank xidmətlərindən istifadəyə imkan verən Unibank Mobile, “Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspess analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin, məhz Unibankın mobil banking sistemi olduğu qərarına gəlinib.

Funksionallıq baxımından, Unibank Mobile Rusiyanın ilk 5-liyində gedən mobil banking sistemləri ilə eyni səviyyədə qiymətləndirilib. Deloitte ekspertləri hesab edir ki, Unibank Mobile-ın interfeysi, funksionallığı və naviqasiyası, Rusiyanın ən yaxşı mobil banking xidmətinə malik “Tinkoff Bank”la oxşardır. Hətta müştərilərinə verdiyi xidmət imkanlarına görə “Tinkoff Bank”dan üstünlukləri də var. Deloitte-nin araşdırmasında vurğulanır ki, Unibank Mobile Azərbaycanın mobil banking xidmətində imkanlarına və müştərilərin istifadəsinə görə lider mövqedədir.

Qeyd edək ki, ilk mərhələdə müştəri bazasının 25-30 faizinin mobil banking xidmətindən faydalanmasını hədəfləyən Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisinə təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank-hər kəsin bankı!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR