Xaçmaz rayonu, Müqtədir qəsəbəsində aşkarlanan insan skeletlərinin tapıldığı ərazisinin köhnə qəbiristanlıq olduğu ehtimal edilir.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Kənd sakinlərinin qazıntı zamanı aşkarladıqları insan skeletlərindən nümunələr götürülərək, müayinə göndəriləcək. Ərazidə başqa insan sümüklərinin olub-olmadığını müəyyənləşdirmək üçün qazıntı işlərinin aparılması planlaşdırılır.