BNA: "Avto FM"-in adı dəyişir, radio gələn həftədən fəaliyyətini tam bərpa edəcək

BNA: "Avto FM"-in adı dəyişir, radio gələn həftədən fəaliyyətini tam bərpa edəcək
# 01 sentyabr 2016 08:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Avto FM"-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. "Avto FM" MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib".

Bunu "APA-Economics"ə açıqlamasında BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək: "Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək"

Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR