Qaxda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var

Qaxda maşın ağaca çırpılıb, ölən və xəsarət alan var
# 05 may 2017 07:04 (UTC +04:00)

Bu gün Qaxda maşının ağaca çırpılması nəticəsində bir nəfər ölüb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, saat 02.00 radələrində Qax-Qorağan avtomobil yolunun 7-ci kilometrliyində Qax rayon Qorağan kənd sakini, 1993-cü il təvəllüdlü Elçin Paşa oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı, 08 BF 989 dövlət nömrə nişanlı minik avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sərnişini, sürücünün həmkəndlisi, 1988-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Qafarov aldığı xəsarətlərindən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, Elçin Əliyevin müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyəti orta-stabil qiymətləndirilir.
 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR