Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də rayon sakini Ramil Quliyevə məxsus 1 baş atı oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Arif Əliyev, Sədrəddin Süleymanzadə və Xanqulu Mirzəyev tutulublar.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ətraflarında aparılan tədbirlərlə martın 14-də Quldar qışlaq sahəsində Sumqayıt şəhər sakini Əlirza Hüseynova məxsus 7 baş atı oğurlamaları da müəyyən edilib.