Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”

Elmar Məmmədyarov: “Həll olunmamış münaqişələr “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”
# 08 avqust 2016 19:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Prezidentlərin görüşünə dair yekun Bəyannamədə qeyd olunur ki, həll olunmamış münaqişələr narahatlıq doğurur və “Şimal-Cənub” dəhlizinin reallaşmasına çətinlik yaradır”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllinə dair imkanlar yaranıb: “Bəyannamədə də həll olunmamış münaqişələrin beynəlxalq hüquq norma və prinsipləri və qəbul edilmiş qərarlar çərçivəsində danışıqlar yolu ilə həllinin vacibliyi vurğulanıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR