Güclü külək səbəbindən cənub bölgəsinin elektrik enerji təchizatında problem yaranıb

Güclü külək səbəbindən cənub bölgəsinin elektrik enerji təchizatında problem yaranıb
# 09 may 2017 15:30 (UTC +04:00)

 

Cənub bölgəsində güclü külək səbəbindən onlarla kəndə elektrik enerjisinin verilməsində problem yaranıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bölgədə güclü külək başlayıb. Bölgənin əksər kənd və qəsəbəsinin elektrik enerjisi ilə təminatında fasilələr yaranıb.

 

Hazırda Masallının Qızılavar, Bədəlan, Kolatan, Türkoba, Lənkəranın Zövlə, Sparadi, Cil, Yardımlı və Lerikin bir neçə kəndi işıqsız qalıb.

 

Bölgədə güclü külək davam edir. Güclü küləkdən sonra Lerik və Masallı ərazilərində göydən qum dənəciklərinin yağıb. Aidiyyəti qurumlardan bildirilib ki, böyük fəsadların yaranmaması üçün elektrik xətləri ayrılıb, bu səbəbdən elektrik enerjisi kəsilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR