Şamaxıda intihara cəhd edən qadın xəstəxanada ölüb
APA-nın məlumatına görə, Şamaxı rayon sakini, 31 yaşlı Aynurə Əzizağa qızı Qəniyeva 10 gün əvvəl sirkə turşusu içib.
Xəstəxanaya yerləşdirilən A. Qəniyeva ötən gün dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.