Cinayət törətdiyi üçün Rusiyaya qaçan şəxs Azərbaycana təhvil veriləcək

Cinayət törətdiyi üçün Rusiyaya qaçan şəxs Azərbaycana təhvil veriləcək
# 02 may 2017 16:11 (UTC +04:00)

Azərbaycanda cinayət törətdiyi üçün Rusiyada saxlanılan 23 yaşlı azərbaycanlı ölkəyə təhvil veriləcək.

 

APA-nın “TodayNewsUfa”ya istinadən verdiyi məlumata görə, həmin şəxs Azərbaycanda ağır cinayət törətməkdə ittiham edilir. O, 2015-ci ildə tanışını bıçaqlayıb. Həmin şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

 

Təqsirkar cinayəti törətdikdən sonra Başqırdıstana qaçıb və qanunsuz şəkildə işə düzəlib. Ötən ilin dekabrında o, saxlanılıb. Rusiya Federal Penitensiar Xidməti qanunsuz miqrantın Azərbaycana qaytarılması ilə bağlı müvafiq sənədlər hazırlayır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR