Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının, "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı məhkəmə iclası davam edib.
Meydan.tv-nin nümayəndəsi vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə iclasda ərizəçinin nümayəndəsi çıxış edib. O, bildirib ki, saytların bloklanması Baş Prokurorluğun məktubu əsasında baş verib və iddia ərizəsini də prokurorluğun məktubu əsasında qaldırıblar. E. Sadıqov deyib ki, iclasda linqvistik ekspertizanın keçirilməsi barədə vəsatət verib. Həmin vəsatət növbəti iclasda müzakirə ediləcək.
Proses mayın 3-də davam edəcək.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi qeyd olunan saytların bloklanması barədə mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.