Kanadada qar uçqunu nəticəsində ölən turistlərin sayı artıb - YENİLƏNİB-1

Kanadada qar uçqunu nəticəsində ölən turistlərin sayı artıb - <span style="color: red;">YENİLƏNİB-1
# 10 aprel 2017 03:31 (UTC +04:00)

Kanadanın Britaniya Kolumbiyası əyalətində  qar uçqunu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi

 

Xilasedicilərin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 5-ci turistin meyiti aşkarlanıb.

 

Hadisə Layons-Bey yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb. Layons-Bey Britaniya Kolumbiyası əyalətinin ən iri şəhəri Vankuverdən 30 km şimal-qərbdə yerləşir.

 

***

 

04:21

 

Kanadanın Vankuver şəhəri yaxınlığında baş vermiş qar uçqunu nəticəsində 4 nəfər ölüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 turistin Harvi dağına yollandığı, baş verən qar uçqunu nəticəsində  5 nəfərin itkin düşdüyü bildirilirdi.

 

Məlumata əsasən, ölənlərin vətəndaşlığı tanınma prosedurundan sonra açıqlanacaq. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.

 

***

 

20:28

 

Kanadanın qərbində baş vermiş qar uçqunu nəticəsində 5 nəfər itkin düşüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, aprelin 8-də 6 turist Harvi dağına yollanıb. Bundan sonra baş verən qar uçqunu nəticəsində onların 5-i itkin düşüb.

 

Hadisə yerinə xilasedicilər və iki helikopter göndərilib. İtkin düşən turistlərin vətəndaşlığı barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR