İran xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edəcək

İran xarici işlər naziri Səudiyyə Ərəbistanına səfər edəcək
# 14 avqust 2023 14:57 (UTC +04:00)

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək.

APA xəbər verir ki, bu barədə İran XİN sözçüsü Nasir Kənani məlumat verib.

Kənani bildirib ki, səfər yaxın vaxtlarda baş tutacaq: “İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səudiyyəli həmkarının dəvəti ilə yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək”.

Sözçü iki ölkə arasında münasibətlərin addım-addım inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, səfər zamanı tərəflər müxtəlif məsələlər, o cümlədən iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsləhətləşmələr və müzakirələr aparacaq.

Qeyd edək ki, bu, İran xarici işlər nazirinin yeddi ildən artıq müddətdə ərəb ölkəsinə ilk rəsmi səfəri olacaq.

Xatırladaq ki, ötən həftə IRNA Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etdiyini bildirib. Dünən isə Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğu fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR