İran Yaxın Şərqdə sülh və sabitliyə sadiq qalacağına söz verib

İran Yaxın Şərqdə sülh və sabitliyə sadiq qalacağına söz verib
# 25 oktyabr 2023 07:30 (UTC +04:00)

Tehran Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani bildirib.

O, BMT Təhlükəsizlik Şurasında Yaxın Şərq üzrə açıq debatda danışıb.

“Bizim regionda sülh və sabitliyə sadiqliyimiz dəyişməz olaraq qalır. İsrailə açıq dəstək verməklə münaqişəni gərginləşdirən ABŞ-dir" - deyə o bildirib.

Daimi nümayəndə bunun əvəzini günahsız fələstinlilərin həyatları bahasına ödədiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR