İranda COVID-19-a qarşı peyvənd olunmayanların sayı açıqlanıb

İranda COVID-19-a qarşı peyvənd olunmayanların sayı açıqlanıb
# 14 dekabr 2021 17:36 (UTC +04:00)

İranda əhalinin 31.2 faizi COVID-19-a qarşı peyvənd olunmayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata əsasən, əhalinin ən çox peyvənd olunmayan yaş qrupu 10-14 yaşdır (51.2 faiz ).

Ümumilikdə, 10 yaşdan yuxarı kişilərdən 17.7 faizi, qadınlardan 16.2 faizi peyvənd olunmayıb.

Rəsmi statistikaya əsasən, İranda dekabrın 13-dək ümumilikdə 111 milyon 84 min 738 doza peyvənd vurulub.

58 milyon 778 min 763 nəfər birinci dozanı, 49 milyon 560 min 783 nəfər ikinci dozanı, 2 milyon 745 min 192 nəfər isə üçüncü dozanı vurdurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR