İranda parlament seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb

İranda parlament seçkiləri üçün namizədlərin qeydiyyatı başlayıb
# 07 avqust 2023 12:36 (UTC +04:00)

İranda 2024-cü ilin mart ayında keçiriləcək parlament seçkiləri üçün namizədlərin qeydə alınmasına başlanıb.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Bildirilib ki, bu gündən etibarən 12-ci İslam Şurası seçkiləri üçün namizədlərin ilkin qeydiyyatı başlayıb. Namizədlərin qeydiyyatı adətən səsverməyə bir ay qalmış aparılır, lakin bu il hökumət bir həftə davam edəcək erkən qeydiyyata başlamaq qərarına gəlib. Bu, ötən il ölkədə baş verən ümummilli etirazlardan sonra keçiriləcək ilk parlament seçkiləri olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR