İranda prezident seçkilərində 7 nəfərin namizədliyi təsdiqlənib

İranda prezident seçkilərində 7 nəfərin namizədliyi təsdiqlənib
# 25 may 2021 10:42 (UTC +04:00)

İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər təsdiqlənib.

APA-nın Tehran bürosunun xəbərinə görə, İran Konstitusiyasına Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudayi bildirib ki, prezident seçkilərində iştirak edəcək 7 nəfərin namizədliyi təsdiqlənib.

Onun sözlərinə görə, artıq adlar Daxili İşlər Nazirliyinə (DİN) göndərilib və təsdiq olunmuş namizədlərin adlarını Nazirlik açıqlamalıdır.

Qeyd edək ki, İranda 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib, onlardan 40 nəfəri qadın olub. Budəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək. İranın “Fars” agentliyi ötən gecə sabiq spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın namizədliyinin təsdiqlənmədiyini mənbəyə istinadla yayımlayıb. Agentlik Məhkəmə Sisteminin sədri İbrahim Rəisinin, sabiq SEPAH komandiri Möhsin Rzayinin, Ali Təhlükəsizlik Şurasının üzvi Səid Cəlilinin və bir neçə daha nəfərin səlahiyyətinin təsdiqləndiyi haqqında məlumat yayıb. İran DİN yayılanan xəbəri təkzib edərək, yalnız Nazirliyin açıqlayacağı siyahının düzgün olduğunu bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR