Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmədə sübuta yetirildiyini deyib.
O, Əliş Abdulov, Mikayıl Əndəlifov, Seymur Zahidovun hər birinə 10 il, Cabir Nərimanovun 6 il 6 ay, baytar həkim Mirhüseyn Zayidovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi noyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Güzdək Qoyunçuluq Sovxozunda çoban işləyiblər. Onlar sovxoza məxsus 100-dən çox qoyunu mənimsəməkdə ittiham olunurlar.