İslamiada: Voleybol millimizin ilk rəqibi bəlli oldu

İslamiada: Voleybol millimizin ilk rəqibi bəlli oldu
# 17 aprel 2017 13:20 (UTC +04:00)

İslam Həmrəylik Oyunları çərçivəsində keçiriləcək qadın voleybolçuların yarışının təqvimi müəyyənləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, xanımların mübarizəsində cəmi 5 komanda qüvvəsini sınayacaq.

 

Azərbaycan millisi Türkiyə, Kamerun, Tacikistan və Qırğızıstanla mübarizə aparacaq. Bu komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yerin sahibi isə yarımfinala vəsiqə qazanacaq.

 

Faiq Qarayevin yetirmələri öncə Qırğızıstan, ardınca Tacikistan, Türkiyə və Kamerunla üz-üzə gələcək. Millimiz son turda istirahət edəcək. Çempionluğa əsas namizədlər Türkiyə və Azərbaycan arasında matç mayın 14-də keçiriləcək.

 

Qadın voleybolçuların yarışı mayın 11-də start götürəcək. Bakı Kristal Zalında keçiriləcək yarışa ayın 18-də yekun vurulacaq.

 

I tur

11 may

19:00. Türkiyə - Kamerun

21:30. Azərbaycan – Qırğızıstan

 

II tur

13 may

19:00. Türkiyə - Qırğızıstan

21:30. Azərbaycan - Tacikistan

 

III tur

14 may

19:00. Tacikistan – Kamerun

21:30. Azərbaycan – Türkiyə

 

IV tur

15 may

19:00. Tacikistan – Qırğızıstan

21:30. Azərbaycan – Kamerun

 

V tur

16 may

19:00. Kamerun – Qırğızıstan

21:30. Türkiyə - Tacikistan

 

Yarımfinal

17 may

17:00. I yerin sahibi – IV yerin sahibi

19:30. II yerin sahibi – III yerin sahibi

 

18 may

17:00. III yer uğrunda

19:30. Final

22:00. Mükafatlandırma mərasimi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR