Bakıda ev yanıb, 1 nəfər xəsarət alıb

Bakıda ev yanıb, 1 nəfər xəsarət alıb
# 26 mart 2017 13:19 (UTC +04:00)

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağın yanar konstruksiyaları və ev əşyaları 35 m2 sahədə yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 1 nəfər üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR