Səməd Seyidov Ukraynaya gedir

Səməd Seyidov Ukraynaya gedir
# 02 may 2017 16:38 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 3-də Ukraynaya səfərə gedəcək.

 

MM-dən APA-ya verilən məlumata görə, deputat Ukrayna parlamentində həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

 

Səfər mayın 4-də  başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR