Azərbaycanda avtomobillərin icbari sığortası üzrə bağlanan elektron sığorta müqavilələrinin sayı açıqlanıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, Büronun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1686 standart və sərhəd sığorta müqavilələri elektron qaydada bağlanılıb.
Bunların 323-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan tarixdə standart və sərhəd sığorta müqavilələri üzrə ödənişlər elektron qaydada Hökumət Ödəniş Portalı vasitəsi ilə həyata keçirilib və sığorta haqlarının məbləği 124 min 66 manat təşkil edib.