UMA ATƏT-i Ukrayna və Azərbaycanın təcavüzlə üzləşməsinə biganə qalmamağa çağırıb

UMA ATƏT-i Ukrayna və Azərbaycanın təcavüzlə üzləşməsinə biganə qalmamağa çağırıb
# 26 oktyabr 2016 15:45 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ATƏT-in Berlində keçirilən “Tolerantlıq və müxtəliflik” adlı beynəlxalq konfransında Ukraynanın və Azərbaycanın məruz qaldığı təcavüz məsələsi qaldırılıb.

Ukrayna Millətlər Assambleyasından (UMA) APA-ya verilən məlumata görə, ATƏT-in hazırkı sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin, o cümlədən 57 ölkənin rəsmilərinin iştirak etdiyi konfransda çıxış edən UMA rəhbəri Rövşən Tağıyev bu problemlərlə bağlı narahatlığını bildirib.

R. Tağıyev qeyd edib ki, yaşadığı Ukraynada və tarixi vətəni olan Azərbaycanda faktiki olaraq münaqişə problemi yaşanır və uzun zaman keçməsinə baxmayaraq bununla məşğul olan ATƏT hələ də bir nəticə əldə edə bilmir: “Bu gün Suriya məsələsi qabardılır və narahatlıq ifadə olunur. Amma nədənsə son illər Ukraynanın şərqində baş verən münaqişə nəticəsində qaçqın düşən milyonlarla insanın taleyi yaddan çıxıb. Niyə? Mənim tarixi vətənim Azərbaycanda 25 illik müstəqilliyini, dünya birliyinə 25 illik müstəqil üzvlüyünü qeyd edir. Amma eyni müddətdə təcavüzə məruz qalma yaşını qeyd edir”.

R. Tağıyev Frank-Valter Ştaynmayerlə təkbətək görüşündə də Ukraynada yaşayan millətlər adından ATƏT-in regionda baş verən münaqişələrə aktiv olması ilə bağlı çağırışı təqdim edib.

Konfransda qəbul olunan anti-diskriminasiya ilə bağlı sənədlərdə R. Tağıyevin bir neçə təklifi də əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR