Reuters: Klinton Trampı 6 faiz qabaqlayır

Reuters: Klinton Trampı 6 faiz qabaqlayır
# 28 oktyabr 2016 23:50 (UTC +04:00)

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilən son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 36 faizini toplaya bilər.

Sorğuda 1627 respondent iştirak edib.

Qeyd edək ki, iki gün əvvəl “USA Today” qəzetinin keçirdiyi son sorğuya əsasən, Klintonun rəqibindən üstünlüyü 9% təşkil edib.

Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR