İranın neft naziri Cavad Oci Rusiyaya səfər edəcək

Cavad Oci

© APA | Cavad Oci

# 30 oktyabr 2022 18:07 (UTC +04:00)

İranın neft naziri Cavad Oci sabah Rusiyaya səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, C.Oci İran və Rusiyanın Müştərək İqtisadi Komissiyasının rəhbəri kimi sabah İran və Rusiya Müştərək İqtisadi Komissiyasının 16-cı iclasında iştirak etmək üçün Rusiyaya səfər edəcək.

İclasda ikitərəfli əlaqələrdə dönüş nöqtəsi kimi qiymətləndirilən 40 milyard dollarlıq sənədin imzalanması gözlənilir.

40 milyard dollarlıq sənəd əsasən enerji, neft və qaz sahəsini əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR