İranın şimal-qərbində terrorçularla sərhədçilər arasında atışma olub

İranın şimal-qərbində terrorçularla sərhədçilər arasında atışma olub
# 17 sentyabr 2021 14:49 (UTC +04:00)

İranın şimal-qərb bölgəsində silahlı terror qruplaşması ilə sərhədçilər arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, sərhədçilər Qərbi Azərbaycan əyalətində ölkəyə qeyri-qanuni yolla girmək istəyən terror qruplaşma üzvlərini zərərsizləşdirib. Belə ki, terror qruplaşmasından iki nəfər yaralanaraq həbs olunub, digər qrup üzvləri məhv edilib.

Məlumatda hadisənin dəqiq hansı sərhəd bölgəsində baş verdiyi qeyd olunmayıb.

Həmçinin qeyd olunub ki, terrorçulardan çox sayda silah və sursat müsadirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR