Siyəzəndə yük maşını aşıb

Siyəzəndə yük maşını aşıb
# 01 may 2017 12:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 110-cu kilometrliyində, Siyəzən rayonu ərazisində “Mercedes” markalı yük avtomobilinin idarəetməni itirərək aşması barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb, aidiyyatı üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR