Azərbaycan XİN rəhbəri BMT-nin rezident əlaqələndiricisini qəbul edib

Azərbaycan XİN rəhbəri BMT-nin rezident əlaqələndiricisini qəbul edib
# 02 may 2017 13:56 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzaini qəbul edib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Q. İsakzai bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25-ci ildönümünün qeyd edildiyini bildirərək, ötən müddət ərzində Azərbaycan və BMT arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

 

E. Məmmədyarov isə müstəqilliyimizin ilk illərindən BMT-nin Azərbaycana dəstəyinin, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycanın üzləşdiyi humanitar problemlərin nəticələrinin aradan qaldırılmasında BMT-nin müvafiq strukturlarının rolunun və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə qurulmuş məhsuldar əlaqələrin yüksək qiymətləndirildiyini vurğulayıb.

 

Görüş əsnasında UNDP-nin Azərbaycan ofisinin fəaliyyəti və Azərbaycan tərəfindən Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR