İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub - YENİLƏNİB

İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub - YENİLƏNİB
# 23 dekabr 2023 09:22 (UTC +04:00)

İraqın şimalında terror hücumu nəticəsində 6 türk əsgəri şəhid olub.

APA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında terror təşkilatının həyata keçirdiyi hücumda yaralanan 4 əsgərdən 3-nün də tibbi müdaxilələrə baxmayaraq şəhid olduğunu açıqlayıb.

Qeyd olunub ki, zərərsizləşdirilən terrorçuların sayı 7-yə çatıb.

Nazirlik dekabrın 22-də İraqın şimalında terror təşkilatının hücumu nəticəsində 3 əsgərin şəhid olduğunu, 4 əsgərin isə yaralandığını, 4 terrorçunun zərərsizləşdiridiyini açıqlamışdı.

***

22 dekabr, 23.22

22 dekabr 2023-cü il tarixində İraqın şimalında PKK terrorçularının hücumu nəticəsində 3 türk əsgəri şəhid olub, 4-ü yaralanıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əlavə olunub ki, hücumdan sonra keçirilən antiterror tədbirləri nəticəsində 4 terrorçu zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR