Tiflisdə Bakı-Supsa boru xəttinin modernləşdirilməsi müzakirə olunub

Tiflisdə Bakı-Supsa boru xəttinin modernləşdirilməsi müzakirə olunub
# 02 may 2017 17:00 (UTC +04:00)

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili BP-nin regional prezidenti Qarri Consla görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanda gerçəkləşən layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Tərəflər "Bakı-Supsa" boru kəmərinin modernləşdirilməsi haqqında müzakirələr aparıblar. Görüşdə əsas diqqət Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsinə (CQBKG) yönəldilib.
 

Baş nazir sözügedən layihənin Gürcüstan və region üçün əhəmiyyətini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR