"Ziraat Bank"ın Gürcüstanda fəaliyyət göstərən üç filialını "Ziraat Bank Georgia" QSC-nin "çətir"i altında birləşdirib. "APA-Economics" bankın yaydığı məlumata istinadən xəbər verir ki, törəmə bank Tbilisi, Batumi və Marneuli filiallarının konsolidasiyası nəticəsində yaranıb.
Törəmənin səhmlərinin 100%-i "Ziraat Bank"a məxsusdur.
Bildirilir ki, bank filial şəbəkəsini genişləndirmək niyyətindədir.
Məlumata əsasən, bank "İpək yolu" və Bakı-Tbilisi-Qars dəmir yolu boyunca yerləşən ölkələrdə fəaliyyətini aktivləşdirmək niyyətindədir.
Qeyd edək ki, "Ziraat Bank"ın Azərbaycandakı törəməsi ("Ziraat Bank Azərbaycan" ASC) 2015-ci ildən etibarən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 50 mln. manatdır.