Ağstafa rayonunda zəhərlənmə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qırlı kənd sakini, 1987-ci il təvəllüdlü Zeynalova Kəmalə Tahizade qızı zəhərlənmə əlaməti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadın bağında kartofun xəstəliklərinə qarşı kimyəvi mübarizə aparan zaman pestisiddən zəhərlənib.