Prokuror dayısı oğlunu öldürən şəxsə 19 illik həbs cəzası istəyib

Prokuror dayısı oğlunu öldürən şəxsə 19 illik həbs cəzası istəyib
# 02 may 2017 10:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nurlan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, N. Quliyevə 19 illik həbs cəzası istəyib.

 

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

 

Proses mayın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il sentyabrın 26-da Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib.

 

21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb.

N.Quliyev körpünün üzərində dayısı oğlu ilə mübahisə edib, daha sonra M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı atıb. M.Quliyev orada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR