Şəmkir rayon sakini intihara cəhd edib

Şəmkir rayon sakini intihara cəhd edib
# 04 may 2017 09:10 (UTC +04:00)

Şəmkir rayonunda intihara cəhd olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Həyat kənd sakini, 1955-ci il təvəllüdlü Abidə Fəridə sirkə turşusu içərək özünü öldürmək istəyib. O, dərhal Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Qadının hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR