Qazaxda yaşayış binasında yanğın olub

Qazaxda yaşayış binasında yanğın olub
# 03 mart 2016 23:16 (UTC +04:00)

Bakı-APA. Qazaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 26 kv.m olan 2 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 3 kv.m, şkaf, qapı və pəncərə 4 kv.m.sahədə (ümumi 7 kv.m) yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR